AZ

Viləşçay su anbarında yenidənqurma

Viləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək. Layihə çərçivəsində su anbarının tikinti-istismar sukeçirici qurğusunda (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında yer alıb.

Artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb. Təmir-bərpa işlərinin icrası üçün 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Seçilən
38
xalqqazeti.az

1Mənbələr