"İnter"in sabiq futbolçusu Marko Materatsi "Qızıl top" mükafatı haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Corriere dello Sport" yayıb. Mütəxəssis bunları söyləyib:

"Mən UEFA Çempionlar Liqasını və Avropa çempionatını qazanmış Rodridən və ya Dani Karvaxal haqda xüsusi fikir səsləndirə bilmərəm. Münsiflər heyətinin üzvləri qəribə qərarlar verirlər, hoqqa çıxarırlar".

Qeyd edək ki, Qızıl top" İspaniya milli komandasının və İngiltərənin "Mançester Siti" klubunun dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib.