"Bayern"in müdafiəçisi Saşa Boe karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Takvim" yayıb.
Mənbəyə görə, fransalı futbolçu "Qalatasaray"ın diqqət mərkəzindədir. Almaniya təmsilçisində forma şansı əldə etməyən oyunçu yenidən İstanbul klubuna geri dönə bilər.
Qeyd edək ki, cari mövsüm "Bayern" forması ilə Bundesliqada 2 oyuna çıxan Boe 1 məhsuldar ötürmə ilə yadda qalıb.