Musavat.com-un əldə etdiyi məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan yenidən həftəsonunu xüsusi bir şəkildə qeyd ediblər.
Fransız musiqisi fonunda bu istirahət anlarına doğru maşın sürən Paşinyan təqdim etdiyimiz videonu sosial mediada özü paylaşıb. Videoda Paşinyanın və Akopyanın rahat və xoş əhval-ruhiyyədə olduqları görünür.
Ermənistan cəmiyyətində bu cür məqamlar bəzən birmənalı qarşılanmır, xüsusilə ölkədəki siyasi və sosial problemlərin davam etdiyi bir vaxtda liderin istirahəti müzakirə mövzusuna çevrilir.
Musavat.com