AZ

Mahir “Hamburq”a qarşı: tilsim var, tilsim!

Bu gün Almaniyanın 2-ci bundesliqasında çox önəmli oyun keçiriləcək.

Yox, bu dəfə söhbət yalnız Mahir Emrelinin "Nürnberq"in heyətində növbəti dəfə meydana çıxacağından getmir. Matçı xüsusiləşdirən başqa amil də var ki, bu, “Nürnberq”in özündən irəlidə olan “Hamburq”un qonağı olmasıdı.

Həmyerlimizin komandası səfərdən qələbəylə qayıtsa, rəqibin mövqeyini ələ keçirəcək! Ona görə ki, "Nürnberq" “Hamburq”dan cəmi iki xal geridədi.

"Football-plus.az" "Bild"ə istinadən xəbər verir ki, meydanda çempionatın iki ən çox qol vuran komandası qarşılaşacaq:

"Hamburq” 24, "Nürnberq" 23 qolla ən məhsuldar komandalar sırasında müvafiq olaraq, 1-2-ci sıraları bölüşür. İş orasındadı ki, Miroslav Klozenin komandası son üç oyunda 15 qol vurub. Onun hücum dueti - Mahir Emreli və Simas Stefanos “Hamburq”un meydanında qol sevinci yaşamaq üçün səbrsizlənir. Düzdü, "Nürnberq" son matçlarda çox yaxşı təsir bağışlayıb. Amma “Hamburq” bu komanda üçün tilsimlidi. Klozenin kollektivi bu rəqiblə qarşılaşdığı son 5 matçda bir xal qazanıb. Maraqlıdı ki, "Nürberq"in “Hamburq”a son dörd məğlubiyyətinin hamısında üç top fərqi qeydə alınıb. Miroslav Kloze bu gün Yulian Yustvan, Mahir Emreli və Simas Stefanosu start heyətində meydana buraxaq rəqibi ötməyə çalışacaq".

Qeyd edək ki, “Hamburq” - "Nürnberq" matçı Bakı vaxtı ilə saat 16.30-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
30
football-plus.az

1Mənbələr