"Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq klubdan ayrıldıqdan sonra azarkeşlərə vida bəyanatı ünvanlayıb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözləri "90min" "Sports Entertainment Group"-a istinadən belə təqdim edib:
"Təşəkkür etməklə başlayım. Hər zaman kluba yaxın olduğunuz üçün minnətdarlığımı bildirirəm. İstər səfərdə, istərsə də "Old Trafford"da, hər bir çətin oyunda dəstəyiniz sarsılmazdı.
"Old Trafford"dakı atmosfer sizin sayənizdə həmişə elektrik idi. Mən bunu dəfələrlə hiss etmişəm. Həm İngiltərədə, həm Avropada, istərsə də yay turları zamanı, rəqib stadionlarda United mahnılarını eşitmək komandaya və mənə səfər oyunlarında inanılmaz hisslər bəxş etdi.
Mən həmişə bütün dünyada “Mançester Yunayted” azarkeşləri ilə görüşməkdən həzz almışam. Küçələrdə gəzmək və İngiltərə, Avropa, Asiya, Avstraliya, ABŞ- da pərəstişkarları ilə ünsiyyət - siz məni ruhlandırdınız və güclü birlik hissi yaydınız. Yunayted azarkeşlərini xüsusi edən də budur.
Mənə bu hissi yaşatdığınız və dəstəyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Klubun hər bir departamentindəki işçi heyətinə yaxşı və pis gündə davamlı dəstək olduqları üçün təşəkkür etmək istərdim.
İki kubok qazandıq - bu nailiyyətləri ömrümün sonuna qədər əzizləyəcəyəm. Təbii ki, arzum kluba daha çox kubok gətirmək idi. Təəssüf ki, bu arzu sona çatdı. Bütün “Mançester Yunayted” azarkeşlərinə yalnız uğurlar, kuboklar və şöhrət arzulayıram. Klubda hər kəsdən aldığım dəstək və isti münasibət məni evdəki kimi hiss etdi.
Həyatımdakı bu fəsil üçün təşəkkür edirəm".
Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən MY-ni çalışdırırdı. 2003-cü ildə "qırmızı şeytanlar"alaİngiltərə Kubokunu qazanan mütəxəssis 2024-cü ildə İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayıb. Onun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Mirağa