AZ

Bu şəxslərin qocalığı daha yaxşı keçir- HƏKİM

Yeni araşdırma göstərib ki, qocaların fiziki hazırlığı və koqnitiv funksiyalarının vəziyyəti onların əhval ruhiyyəsindən asılıdır.

Alimlər belə qənaətə gəliblər ki, qocalmağa müsbət münasibət daha uzun müddət daha yaxşı bədən quruluşunda qalmağınıza kömək edir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə endokrinoloq Zöhrı Pavlova  danışıb.

Ağ saçları, qırışları və yorğunluğu ilə barışan, bunu adi qarşılayan insanlar diqqətlərini cəmləməkdə daha dəqiqdirlər.  Eyni zamanda, onların fiziki və idrak funksiyalarında daha sürətli azalma kimi nəticələrlə qarşılaşma ehtimalı daha azdır.

Alimlərin tapıntılarını şərh edən Pavlova müsbət əhval ruhiyyənin, pozitivliyin pensiyaçılara daha çox hərəkət etmək, yeni şeylər öyrənmək və daimi inkişaf üçün güc verdiyini deyib:

“Əks halda, aktiv həyat tərzi sürməyə davam etmək üçün heç bir motivasiya qalmaya bilər”.

Seçilən
42
cebheinfo.az

1Mənbələr