"Real" futbolçusu Vinisius Juniorla yeni müqavilə bağlamağı planlaşdırır.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, yaxın günlərdə braziliyalı hücumçunun meneceri ilə danıışıqlar başlayacaq.
Madrid klubunun 2027-ci ilin yayına qədər müqaviləsi olan Vinisiusu klubda daha çox saxlamaq istədiyi bildirilir.
Qeyd edək ki, 24 yaşlı futbolçunun hazırkı müqaviləsində 1 milyard avro məbləğində sərbəst buraxılma maddəsi var.