AZ

“Real”dan sərt addım

style='margin-bottom:10px;'>

"Real" "Qızıl Top" mükafatının təşkilatçıları ilə əlaqəni kəsib. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid klubu sözügedən mükafatın təşkilatçısı "France Football" jurnalı ilə əlaqəni dayandırıb. Həmçinin "Real"ın UEFA ilə oyunların təşkilatından artıq heç bir məsələlərdə əməkdaşlıq etməyəcəyi bildirilir. 

Buna səbəb İspaniya klubunun futbolçusu Vinisius Juniyorun mükafatı qazana bilməməsidir. "Real"da onun "Qızıl Top"u heç vaxt qazanmayacağını artıq qəbul ediblər. Futbolçu özü isə bilmir, mükafat üçün bundan artıq nə etməlidir. 

Xatırladaq ki, 2024-cü ilin "Qızıl Top" mükafatını "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı. "Real" təmsilçiləri isə mərasimə gəlməkdən imtina etmişdi. 

Seçilən
56
34
teleqraf.com

10Mənbələr