“Samsung” iPhone-a rəqib hazırlayır
“Samsung” iPhone 17 Air ilə rəqabət aparmaq üçün Galaxy S25-in rekord ölçüdə nazik korpusa malik slim versiyasını hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “ETNews” nəşri mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, bu qərar şirkətin premium smartfon seqmentində “Apple” ilə rəqabət aparmaq istəyindən irəli gəlir.
Mənbələrin bildirdiyinə görə, Galaxy S25 Slim adlanan bu smartfon cihazın tələbatını və perspektivini qiymətləndirmək üçün məhdud sayda satışa çıxarılacaq.
Belə bir cihazı hazırlamaq üçün “Samsung” ekran matrisinin və batareyanın ölçüsünü azaltmalı olacaq.
Mənbələrin sözlərinə görə, bu addım “Apple”ın 2025-ci ildə unikal korpusa malik olacağı gözlənilən iPhone 17 Air-i təqdim etmək planları ilə bağlı ola bilər.
Ehtimal ki, “Apple” yeni cihaza “yer açmaq” üçün iPhone 17 seriyasındakı iPhone Plus-ın istehsalını dayandıracaq.