AZ

"Bəhanə axtarmağa dəyməz" -"Sumqayıt"ın baş məşqçisi

“Ribaundları uduzduq və bu da rəqibin fərqi artırmasına səbəb oldu”.

Fanat.Az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksandr Mixaylov Azərbaycan Basketbol Liqasının 3-cü turunda “Şəki” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis rəqibin hücumlarının daha dəqiq olduğunu vurğulayıb:

“Oyunçular belə vəziyyətlərdə bir-birinə dəstək olmalıdır. Rəqibin də oyununu təqdir etmək lazımdır. Əla hücumlar qurdular. Dəqiqlik faizləri də yüksək idi. Biz isə dəfələrlə hücumdan boş dönürdük. Nəyisə dəyişmək istədik, bir ara xal fərqinin də çox da artmasına imkan vermədik… Nəsə bəhanə axtarmağa dəyməz. Belə çətin vəziyyətlərdə oyuna tam köklənmək lazımdır. Məğlubiyyəti kənardan izləmək üzücüdür. Epizodik məqamlarda yaxşı oynadıq, amma ümumilikdə zəif təsir bağışladıq. Bəli, zədəli oyunçularımızın yoxluğu da müəyyən mənada öz sözünü dedi. Bəlkə də onlar meydanda olsaydı, qarşımızda fərqli mənzərə yaranacaqdı. Amma istənilən halda xarakter nümayiş etdirmək lazımdır”.

Şəki Olimpiya İdman Kompleksində baş tutan “Şəki” – “Sumqayıt” görüşü meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
42
1
fanat.az

2Mənbələr