Bakı. Trend:
Uqandada qaçqın düşərgəsinə ildırım vurması nəticəsində azı 14uşaq ölüb, 30-dan çox uşaq yaralanıb.
Trend xəbər verirki, bu barədə BBC yerli polisə istinadən məlumat yayıb. Hadisəşənbə günü Cənubi Sudandan olan 80 mindən çox qaçqının saxlandığıLamvodakı Palabek düşərgəsində baş verib.
Məlumata görə, ildırım mərasim zamanı kilsəni vurub, nəticədə 34nəfər yaralanıb. Yaralıların müalicəsi ilə bağlı tədbirlərgörülür.