AZ

Rusiya bu məsələdə Çini geridə qoydu - MARAQLI (FOTO)

Musavat.com-un verdiyi məlumata görə, Rusiya bu il ərzində Şimali Koreya ilə diplomatik, iqtisadi və hərbi sahələrdə 40-dan çox nümayəndə heyəti mübadiləsi həyata keçirib.

Bu göstərici Pxenyan və Pekin arasında baş tutan təmasların sayını 4 dəfə üstələyir.

“The Wall Street Journal”ın “NK News” məlumatlarına istinadən yaydığı xəbərə əsasən, bu hadisə Şimali Koreyanın diplomatiyasında ciddi bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Bu yaxınlaşma Çin tərəfindən narahatlıqla qarşılanır. VVS telekanalı qeyd edir ki, Şimali Koreyanın Rusiya ilə yaxınlaşması Pekinin regiondakı güc balansına təsir edə biləcək ciddi bir dəyişiklikdir.

Moskva və Pxenyan arasındakı bu təmaslar iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi və Rusiya-Çin-Şimali Koreya üçbucağında yeni geosiyasi dinamikanın yaranmasını göstərir.

Musavat.com

Seçilən
41
6
musavat.com

7Mənbələr