1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Tovuzdakı matçı belə dəyərləndirib:
"Oyun haqda çox danışmağa söz yoxdur. Rəhbərliklə görüşdüm, istefa qərarımı verdim. Qərarımı dəyişmək niyyətində deyiləm. Komandaya yeni nəfəs lazımdır. Perspektiv görmürəmsə, qalmağın da bir mənası yoxdur", - Ş.Diniyev vurğulayıb.
Qeyd edək ki, "Səbail" Premyer Liqada 12 turdan sonra 7 xalla 9-cu sırada qərarlaşıb.