AZ

İbadət zamanı ildırım düşdü, 14 nəfər öldü

Ukraynada şənbə günü kilsəyə ildırım düşüb.

 

Modern.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

 

Bildirilir ki, hadisə nəticəsində azı 14 nəfər ölüb, 34 nəfər yaralanıb.

 

Yerli polisin məlumatına görə, insident Uqandanın şimalında yerləşən Palabek qaçqın düşərgəsində baş verib. İldırımın ibadət zamanı düşdüyü qeyd olunur.

 

Polis qurbanların kim olduğunu açıqlamayıb, düşərgə və bölgədəki digərləri əsasən Cənubi Sudandan olan qaçqınları qəbul edir. Polisin bildirdiyinə görə, qurbanlar əsasən yeniyetmələr olub və onların arasında doqquz yaşlı qız da var.

Seçilən
60
3
modern.az

4Mənbələr