AZ

Premyer Liqanın ən yaşlı futbolçusu özünə iş qurdu

Uzun illərdir Premyer Liqada əlcək taxan Kamal Bayramov futbol məktəbi açıb.

Bakıxanov qəsəbəsində fəaliyyət göstərən və təxminən 10 gün əvvəl fəaliyyətə başlayan SUHB futbol məktəbinə məşqçi, həkim və inzibatçılar cəlb olunub.

Məktəbin adı Bayramovun övladlarının baş hərflərini və soyadı əks etdirir – Səid, Ümid, Həmid Bayramovlar.

Futbolçu karyerasının son ilini yaşayan 39 yaşlı qapıçının məqsədi növbəti ildən etibarən müxtəlif yaş qruplarından ibarət çempionatlara komanda hazırlamaqdır.

Nəzərdə tutulan plana əsasən 2024 /25 mövsümündən SUHB-ün 2-3 komandası yarışlara qatılacaq.

Maraq üçün bildirək ki, hazırda Premyer Liqanın ən yaşlı futbolçusu statusunu daşıyan Kamal Bayramov müxtəlif illərdə “Muğan”, “Rəvan”, “Xəzər Lənkəran”, “Araz-Naxçıvan”, “Şüvəlan”, “Zirə”, “Səbail”, “Keşlə”, “Turan Tovuz” kimi komandaların formasını geyinib, hazırda “Şamaxı”da top qovur.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
44
sportinfo.az

1Mənbələr