AZ

Bu ölkədə kilsəyə ildırım düşüb, ölənlər var

Uqandada şənbə günü kilsəyə ildırım düşüb.

Bu barədə "Reuters" agentliyinə istinadən xəbər verilir.

Bildirilir ki, hadisə nəticəsində azı 14 nəfər ölüb, 34 nəfər yaralanıb.

Yerli polisin məlumatına görə, insident Uqandanın şimalında yerləşən Palabek qaçqın düşərgəsində baş verib. İldırımın ibadət zamanı düşdüyü qeyd olunur.

Polis qurbanların kim olduğunu açıqlamayıb, düşərgə və bölgədəki digərləri əsasən Cənubi Sudandan olan qaçqınları qəbul edir. Polisin bildirdiyinə görə, qurbanlar əsasən yeniyetmələr olub və onların arasında doqquz yaşlı qız da var.


Mənbə: unikal.az

Seçilən
49
3
unikal.az

4Mənbələr