AZ

“Tramp Ukraynada müharibəni dayandırmağa cəhd etsə onu öldürəcəklər” –MEDVEDYEV

“Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə də Ukraynada müharibəni dayandıra bilməyəcək”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Mən sövdələşmə təklif edəcəyəm” və “Mənimlə əla münasibətim var…” kimi boşboğazlıqlara tüpürən yorğun Tramp da sistemin bütün qaydalarına riayət etmək məcburiyyətində qalacaq. O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Əgər o, həqiqətən də cəhd etsə, o, yeni JFK ola bilər (1963-cü ildə öldürülən ABŞ-ın 35-ci prezidenti Con Fitscerald Kennedi),” -deyə Medvedev seçkiləri öncəsi Telegram kanalında yazıb.

ABŞ-da prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Seçilən
34
azpost.info

1Mənbələr