Berlinin şərqində - Martsan rayonunda ana və iki qızı qətlə yetirilib.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Berlinin prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən təhqiqat aparılır. Qətli törədən şəxsin axtarışı üçün əməliyyat tədbirləri həyata keçirilir.
Bəzi media qurumlarında yayılan məlumatlara görə, ana və iki övladını qadının həyat yoldaşı qətlə yetirib.