“Sabah” Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Sumqayıt”a 0:1 hesabı ilə uduzub.
Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik.
– Üstün oynasaz da, nəticə olmur. Bunun səbəbi nədir?
– Bunu demək çətindir. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən.
– Futbolçuların keyfiyyəti istənilən səviyyədə deyil?
– Bunu oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb.