AZ

"Hazırda HƏMAS-da girovların yerini bilən yoxdur" - Yəhya Sinvarın işi üzrə sabiq müstəntiq

"Biz HƏMAS üzvlərinin 90 faizini məhv etmişik və gerçəkləşməsi mümkün olmayan ideyadan başqa heç nəyin qalmadığına əmin olmalıyıq..."
 
HƏMAS Siyasi Bürosunun baş katibi Yəhya Sinvarın işini aparan İsrail Təhlükəsizlik Xidməti İstintaq şöbəsinin sabiq rəhbəri Mixa Kobi hesab edir ki, HƏMAS-ın girovlarla bağlı sövdələşmə üzrə güzəştlərə, guya, hazır olduğu barədə bəyanatlarına inanmaq olmaz, lakin danışıqların olmaması İsrailin bunda maraqlı olmaması demək deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Maariv" saytına müsahibəsində bəyan edib. Məlumatı "detaly.co.il" nəşri yayıb.
 
Mixa Kobi öz müsahibəsində İsrailin HƏMAS-la mübarizəsində üzləşdiyi böyük problemlərdən danışıb.
 
"HƏMAS-ın Baş Qərargahı artıq fəaliyyət göstərmir, - o, deyib. - Lakin təşkilat müharibənin partizan metodlarından uğurla istifadə edir. Ən başlıcası, bu gün Qəzza bölgəsində bütün girovların harada saxlanıldığını bilən bir nəfər də HƏMAS komandiri yoxdur. Ola bilsin ki, bir-iki nəfərin yerini bilən olsun, amma düşünmürəm ki, onların hamısının yerini bilən kimsə var".
 
"Sövdələşmə üçün imkanlar mövcud deyil, bu, şantajdır, - Mixa Kobi bəyan edib. - HƏMAS girovların azad edilməsində maraqlı deyil və İsraili amansızcasına şantaj edir".
 
Mixa Kobi girovlar haqqında məlumatın axtarılması üçün məsələnin kreativ həllini təklif edir.
 
"Biz bu məlumata görə pul ödəməliyik, - o, hesab edir. - Sinvarın aradan götürülməsindən bu ideya sanki xatırlanıb, amma praktikada hələ də gerçəkləşməyib. Kəşfiyyat rəhbərliyi Qəzzada girovlar barədə məlumatı olan və pul müqabilində bu məlumatı əldə etmək üçün ailələrə müraciət etməlidir".
 
Mixa Kobinin sözlərinə görə, İsrailin Qəzza bölgəsində başlıca problemi ondadır ki,  HƏMAS humanitar yardıma tam nəzarət edir. 
 
"Ərzaqla dolu yük maşını bölgəyə daxil olan kimi HƏMAS bunu öz nəzarətinə götürür və sonra Qəzza bölgəsində qara bazarda dördqat baha qiymətə paylayır. Elə vəziyyət yaranır ki, bir siqaret 200 şekelə (təxminən 90 manat-red.) satılır. Ərzaq yardımı paylanarkən HƏMAS üzvləri qidanı özləri götürməyə cəhd edən Qəzza bölgəsi sakinlərini döyüb qətlə yetirir".
 
Mixa Kobi Qəzza bölgəsində hərbi idarəetməni qaçılmaz hesab edir.
 
"Biz İsrail Müdafiə Ordusu və İsrail Kəşfiyyat Xidməti adından bölmələr yaratmalı, onlar yerli administrasiyanın qayğısına qalmalı, təhsil və səhiyyə sahəsində mütəxəssisləri təyin etməlidir. Biz HƏMAS üzvlərinin 90 faizini qətlə yetirmişik və gerşəkləşməsi mümkün olmayan ideyadan başqa heç nəyin qalmadığına əmin olmalıyıq".
 
Mixa Kobi həmçinin "Filadelfiya oxu" üzərində nəzarətin saxlanılmasını da vacib hesab edir. Əks halda HƏMAS yenidən bizə qarşı çoxlu silah toplayacaq", - o, izah edib. Mixa Kobi HƏMAS-ın bir siyasi qüvvə kimi məhvinə düzgün taktika seçiləcəyi təqdirdə iki il zaman ayırır".
Seçilən
30
50
moderator.az

10Mənbələr