AZ

Fərdi bunu bacaran ikinci türkiyəli futbolçu oldu

İngiltərə çempionatının 11-ci turunda ''Liverpul'' ''Brayton''u qəbul etdi.

İlk yarıda daha yaxşı təsir bağışlayan qonaqlar Fərdi Kadıoğlunun qolu ilə fasiləyə minimal üstünlüklə yollandılar. Bununla da Türkiyə yığmasının üzvü İngiltərə karyerasında ikinci, premyer-liqada birinci qolunu vurdu. O daha öncə sentyabrın 18-də liqa kuboku çərçivəsində ''Vulverhempton''la ev oyununda fərqlənmişdi. Amma Fərdinin qolu ''Brayton''a nəinki qələbə, heç xal da qazandırmadı.

''Liverpul'' fasilədən sonra Qakpo və Salahın qolları ilə əzmkar qələbə qazanaraq liderliyə yüksəldi. Fərdi premyer-liqada səfərdə ''Liverpul''a qol vuran ikinci türkiyəli futbolçu kimi tarixə düşdü. Daha öncə bunu 2007/08-in 27-ci turunda, daha dəqiq desək, 2008-ci ilin fevralın 23-də ''Midlsbro''nun heyətində Tuncay Şanlı bacarmışdı.

Maraqlıdı ki, o vaxt da Tuncay oyunda hesabı açan futbolçu olmuş, amma ''Liverpul'' eynilə indiki kimi əzmkar qələbə (3:2) qazanmışdı.

ƏLİ

Seçilən
56
football-plus.az

1Mənbələr