...Burada adamın yenə də, o bizlərdə deyilən “əcəbmiş” sözü yada düşür.
...Deməli, Qırğızıstanda rəsmilər xaricə və ya böyük şəhərlərə işləməyə getdiyi üçün uşaqlarını qohumlarının yanına qoyan valideynləri cərimələməyi təklif edir.
Deyilənlərə görə, bu “ağıllı təşəbbüs” Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyi tərəfindən 2024-cü ilin əvvəlində qapı-qapı sorğularının nəticələrinə əsasən irəli sürülüb.
Rəsmilərin sözlərinə görə, bu gün Qırğızıstanda ağır iqtisadi vəziyyətə görə on minlərlə uşaq yaşayır ki, onlar üçün rəsmi olaraq heç kim məsuliyyət daşımır.
Onların valideynləri uzaqdadır və uşaqlara baxması tələb olunan qohumlar çox vaxt onları qəbul etmirlər.
Bundan başqa, uşaqlar onlarla qəyyumluq qeydiyyatı olmadan yaşayırlar. Bəzən yetkinlik yaşına çatmayanlar hətta qohumlarının yanında deyil, əslində yad adamların yanında - məsələn, qonşuların və ya tanışların yanında qalırlar.
...Qırğızstanın hüquq müdafiəçiləri qeyd edirlər ki, zorakılıq və əmək istismarının qurbanı olanlar daha çox əməkçi miqrantların övladları olur: axı rəsmi olaraq onların qarşısında məsuliyyət daşıyan, problemlərini qoruyub həll etməyə borclu olan şəxs yoxdur.
...Hə, indi bu səbəbdən ölkənin Əmək Nazirliyi miqrant valideynlər övladlarını iki həftədən çox qəyyumsuz qoyduqlarıhalda cərimələnəcəklər. Özü də nə az, nə çox, düz15 min som (təxminən 200 dollar).
Qırğız başbilənləri hələ bir əsas da gətirirlər.
...Sən demə, bu gün bu ölkədə təqribən42 min 648 uşaq rəsmi qəyyumluq hüququ olmadan qohumlarının yanında qasalar da, amma qohumları uşaqların gələcək həyatına görə məsuliyyət daşımırlar.
Bunu “kəşf edən” Qırğızıstanın hüquq müdafiəçiləri əlavə edirlər ki, miqrant valideynlərdən qalan uşaqların problemləri daha genişdir. Valideynləri başqa bölgələrdə işləyən azyaşlılar zorakılığa və cinsi köləliyə məruz qalırlar.
Təbii ki, bütün bu məsələlərlə bağlı Qırğızıstanın səlahiyyət sahibləri danışıb öz “məsləhət”lərini verə bilərlər.
...Amma maraqlıdır, qırğız və yaxud da digər biri niyə ailə-uşaqlarını atıb bir tikə çörəkpulu qazanmaq üçün hansısa bir yad ölkəyə üz tutmalıdır?
...Niyə getdiyi yerdə miqrant adı daşiyan qırğız və ya digərihəmən ölkədə ona qarşı göstərilən alçaltma və təhqirlərə dözməlidir?
...Dövlət rəsmiləri “ailəsini başsız qoyub işləmək üçün xaricə gedənlər” deyir. Sual olunur niyə o işlərdən Qırğızıstanda (...təkcə Qırğızıstandamı-A.B.) yoxdur?
Yeri gəlmişkən, yadıma mərhum yazarımız Seyfəddin Dağlının bir novellası düşür və təbii ki, indi bunu danışmayacağam.
Amma həmən novellanın leymotivi indi qırğız başbilənlərininin dediklərinə tam uyğun gəlir.
...Deməsəm, ölləm: doğrusu 15 min som (təxminən 200 dollar) çəriməni hansı qırğız ağıllısı fikirləşib tapıbsa, zalım oğlu, sərçəni lap gözündən vurmuş olub.
Əli Babayev