Birinci Dünya Müharibəsinin başlaması ilə o, könüllü olaraq Macarıstan ordusuna yazılır və hücum eskadrilyasına təyin edilir. Müharibə zamanı rus gülləsi ilə başından vurulub. Bu vəziyyət Paul Kern adlı əsgərin 40 il yata bilməməsinə səbəb olub. Elə isə bir güllə insanı illərlə yata bilməməsinə necə səbəb ola bilər?
Sherg.az tibb dünyasının həll edə bilmədiyi hadisəni təqdim edir.
Kifayət qədər və keyfiyyətli yuxu fiziki və ruhi sağlamlığımızı qorumaq üçün böyük əhəmiyyət kəsb edir. Ancaq bir çoxumuz iş yükü və ya sağlamlıq problemlərinə görə yuxusuzluqla qarşılaşa bilərik. Bu problem 24 saatdan başlayaraq 96 saata və ya daha çox vaxta çata bilər, lakin heç kim bu vəziyyətin uzun müddət davam edəcəyini düşünmür. Lakin I Dünya Müharibəsində düşmənlərlə vuruşan macar əsgərinin başına məhz belə bir hadisə gəlib.
Birinci Dünya Müharibəsinin başlaması ilə Pol Kern könüllü olaraq hərbi akademiya tələbəsi kimi Macarıstan ordusuna qatılıb və hücum qvardiyasının komandanlığına keçir. O, bu qvardiyada göstərdiyi şücaətə görə bir il sonra mükafatlandırıldı və müdafiənin daha güclü olduğu başqa bir qvardiyaya təyin edildi. Pol Kern müharibə zamanı rus gülləsi ilə başından vurulmuşdu. Güllə onun başının sağ tərəfindən daxilə nüfuz edib. Macarıstan əsgəri ölümcül olacağı ehtimal edilən yarasının müalicəsi üçün dərhal xəstəxanaya aparılıb.
Təəssüf ki, güllə Paul Kernin hərəkət, planlaşdırma, problem həlli, emosiyalar və s. daxil olmaqla müxtəlif beyin fəaliyyətlərində manelər yaradır. Ona görə də bədbəxt adamın beyninin bu hissəsi çıxarılıb. Bu acınacaqlı vəziyyət macar əsgərinin qısa müddətdən sonra ordunu tərk edərək mülki həyata qayıtmasına səbəb olub.
Bu ağrılı hadisə həm də onun yatmaq qabiliyyətini itirməsinə səbəb olur. Bədbəxt adam əvvəlcə özünü yatmağa məcbur edir, ancaq bunun oyaq qalmaqdan qat-qat yorucu olduğunu başa düşür.
Mütəxəssislər yuxunun həm fiziki, həm də əqli cəhətdən sağlam bədənə sahib olmaq üçün son dərəcə vacib bir proses olduğunu söyləyirlər. Çünki biz yatarkən bədən həyati sistemləri, o cümlədən beyini yenidən qurur və təmir edir. Yuxu da insanın koqnitiv vəziyyətinə böyük təsir göstərir. Yuxunun olmaması bədənin sağlamlığına ciddi təsir göstərir və halüsinasiyalar yaradır. Əslində, həddindən artıq yuxu əskikliyi ölümcül olur.
Ancaq təəccüblüdür ki, Paul Kern yuxusuz da həyatına davam edə bildi. Bədbəxt adam adi vaxtda yatmağa ayırdığı zamanı, sevdiklərini görməyə və daha çox kitab oxumağa sərf edir. Lakin Paul baş ağrısının qarşısını almaq üçün hər gün təxminən 1 saat gözlərini yumub görmə sinirlərini rahatlaşdırırdı. Digər tərəfdən, bir çox həkim Kernin iddialarına böyük şübhə ilə yanaşırdı. Lakin onu müayinə etmək istəyən bütün həkimlərin yanına gedərək həkimləri təəccübləndirib. Bundan əlavə, bəzi ekspertlər başından güllə yarası alan bu əsgərin gün ərzində şüursuz olaraq mikroyuxular yaşadığını düşünürdülər.
Bununla belə, Kernin tamamilə oyaq olmaqdan başqa heç bir vəziyyətdə olduğu müşahidə edilməmişdir. Deməli, o, həqiqətən yatmırdı. Başqa bir fikir isə rus gülləsinin beynin yuxu tələb edən hissəsinin fəaliyyətini dayandırması idi. Bundan əlavə, bütün bu səbəblərə görə Paul Kernin çox yaşamayacağı iddia edilirdi. Həkimlər qismən haqlı idilər. Birinci Dünya Müharibəsi əsgəri, 1955-ci ildə həlak olub. Onun niyə yata bilmədiyi illər boyu sirr olaraq qalıb.