AZ

ABŞ müsəlmanları prezident seçkilərində kimə səs verəcəklər?

...Məlum olduğu kimi, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək.

Maraqlıdır, bu gün bu ölkədə daimi yaşayan 3,45 milyondan artıq müsəlman kimə səs verəcəklər?

SİA-nın əldə etdiyi məlumata görə, qarşıdan gələn prezident seçkiləri ərəfəsində amerikalı müsəlmanların səsləri Yaşıllar Partiyasının namizədi Cill Stein (...bu prezidentliyə namizəd amerikalı həkimdir-A.B.)və Demokratlar Partiyasının vitse-prezidenti Kamala Harris arasında bölünüb.

Qeyd edək ki, bunu milli sorğunun nəticələri göstərib.

...Amerika-İslam Münasibətləri Şurasının ötən cümə günü açıqladığı sorğunun nəticələri müsəlmanların səsverməsində Stein və Harris arasında bərabərlik olduğunu göstərib.

Belə ki, hazırda amerikalı müsəlmanların 42 faizi Yaşıllar Partiyasının namizədini, 41 faizi isə Demokrat Partiyasının namizədini dəstəkləyir.

Deyilənlərə görə, bu barədə“Middle East Eye” nəşri xəbər verib.

Amerika-İslam Münasibətləri Şurasıavqustun 29-da açıqladığı əvvəlki sorğu da göstərdi ki, Stein və Harris müsəlmanların səslərini demək olar ki, bərabər bölüblər, Stein üçün 29,Harris üçün isə 28 faiz...

Yeri gəlmişkən, çümə günü keçirilən sorğunun nəticələrinə görə, Donald Trampı dəstəkləyən müsəlmanların cəmi 10 faizdən bir qədər çoxdur.

Əli Babayev

Seçilən
47
sia.az

1Mənbələr