AZ

Finlandiyada Lenin Muzeyi əbədi olaraq bağlandı

...Finlandiyanın Tampere şəhərində Lenin Muzeyi demək olar ki, 80 illik fəaliyyətdən sonra noyabrın 3-də həmişəlik bağlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Finlandiyanın Yle telekanalı bildirib.

Qeyd edək ki, fevralda Lenin muzeyinin olduğu binada siyasi tarix, finlərlə ruslar arasında münasibətlər, Sovet İttifaqı, eləcə də müasir dövrdən bəhs edən Nootti Şərq Münasibətləri Muzeyi açılacaq.

Xatırladaq ki, Lenin Muzeyi 1946-cı ildə Finlandiya-SSRİ Cəmiyyəti tərəfindən yaradılmışdır. Məkan ona görə seçilib ki, gələcək sovet liderləri Vladimir Lenin və İosif Stalin ilk dəfə 1905-ci ildə Tamperedəki bu binada görüşüblər.

...Soyuq Müharibə dövründə bütün əsas Sovet liderləri ora baş çəkə bilirdilər. Muzey Sovet İttifaqının dağılmasından sonra məşhurlaşdı, bir müddət hətta dünyada yeganə Lenin muzeyi kimi də dəyərləndirildi.

2016-cı ildə muzeyin sərgisi Sovet siyasətinin daha tənqidi məqamlarını əks etdirmək üçün dəyişdirildi.

...Və muzeyin bağlanması yazda elan edilmişdi. Xəbər xaricdə, o cümlədən Rusiya Federasiyasında həddindən artıq maraq doğurdu.

Bu yaxınlarda Rusiyanın “Rossiya-1” telekanallarından biri muzeyin bağlanması ilə bağlı süjet hazırlamaq istəyib.

Lakin muzey Rusiya dövlət mediasına müsahibə verməkdən imtina edib.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Finlandiyanın Kotka şəhərində Leninin ölkədə olan sonuncu də abidəsi sökülüb.

Əli Babayev

Seçilən
49
sia.az

1Mənbələr