AZ

Maya Sandu Moldovada prezident seçkilərində liderliyə yüksəlib - YENİLƏNİB

Prezident seçkilərinin ikinci turunda Moldovanın hazırkı prezidenti Maya Sandu 50,12 faiz səslə liderliyə yüksəlib, Aleksandr Stoyanoqlo isə 49,88 faiz səs toplayıb.

APA xəbər verir ki, nəticələr Moldova Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 92%-i işləndikdən sonra dərc edilib.

***
00:16

Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoqlo səslərin 79,5%-nin hesablanmasından sonra prezident seçkilərində liderdir.

APA xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Stoyanoqlo 51,82%, hazırkı prezident Maia Sandu isə 48,18% səs toplayıb.

Seçilən
86
31
apa.az

10Mənbələr