"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə Super Liqasının XI turunda "Trabzonspor"a qarşı oyundan sonra açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis Türkiyə Super Liqasında hakimlik səviyyəsinin aşağı olduğunu və liqada baş verənləri əvvəlcədən bilsəydi, baş məşqçi təklifindən imtina edəcəyini deyib.

"Oyunda ən böyük skandal lehimizə penaltinin verilməməsi idi. Qulaq asın, xaricdə Türkiyə çempionatını bir neçə nəfər izləyir. Londonda çox güman ki, ancaq mənim oğlum baxır. Bu videonu sosial şəbəkə hesabıarımda paylaşacam. 5 milyondan çox insan bu oyunun hakimliyə baxacaq və Türkiyə Super Liqasının nə olduğunu görəcək.

Mənə hekayənin ancaq yarısını demişdilər. Əgər hər şeyi desəydilər, gəlməzdim. Biz bu liqada həm rəqiblərimizə, həm də sistemə qarşı mübarizə aparırıq".

Qeyd edək ki, görüş "sarı-lacivərtlər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.