AZ

Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yayıb

Bakı. Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda baş verən siyasigərginlik və bundan yaranan humanitar böhranla bağlı bəyanatyayıb.

Trend-inməlumatına görə, nazirlik bəyanatında Türkiyənin Sudandakıhumanitar vəziyyət və Əl-Cəzirə əyalətində mülki əhalini hədəfalan, humanitar hüquqa zidd hücumlardan dərin narahatlıqkeçirdiyini vurğulayıb.

Bildirilib ki, atəşkəs təxirə salınmadan təmin edilməli, sülh vəsabitlik mühiti yaradılmalıdır. Bəyanatda yerindən didərgin edilmişinsanların evlərinə qayıtması və humanitar yardım fəaliyyətlərinindayanmadan həyata keçirilməsi istiqamətində tədbirlərin dərhalgörülməsi üçün çağırış edilib.

Mətndə qeyd olunub ki, Türkiyə Sudanın suverenliyi,müstəqilliyi, ərazi bütövlüyü və birliyini ən güclü şəkildədəstəkləyir, eləcə də Sudan xalqının çəkdiyi əziyyətinyüngülləşdirilməsi üçün zəruri humanitar yardımlarını davametdirəcək.

Seçilən
60
12
az.trend.az

10Mənbələr