Bir müddət əvvəl döyülmə xəbərləri ilə gündəmə gələn model Razi Əliyeva ana olacaq.
Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda model özü məlumat yayıb. Hamiləlik fotolarını paylaşan Razi "Sənin gəlişini səbirsizliklə gözləyirəm" sözlərini yazıb.
O bildirib ki, oğlu dünyaya gələcək.
Qeyd edək ki, Razi sevgilisi Ziya Hüseynzadənin onu döydüyünü deyərək, polisə müraciət etmişdi. Hazırda Ziya həbsxanadadır.
Razi isə ötən il Nicat adlı bəylə ailə qurub.