İran nizami ordu cəlb etməklə İsrailə qarşı cavab tədbirlərini daha iddialı edə bilər.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla "Wall Street Journal" (WSJ) yazıb.
Nəşr qeyd edib ki, İran hakimiyyəti İsrailin zərbələri nəticəsində öz hərbi qulluqçuları və mülki şəxslər arasında itkiləri nəzərə alaraq bu qərarı verib.
Noyabrın 2-də məlum olub ki, İran yaxın iki-üç gün ərzində İsrail ərazisinə hücum edə bilər.