Bakı. Trend:
Böyük Britaniya hələ də Avropa İttifaqından çıxmasınınnəticələrinin 60 faizi ilə üzləşməyib.
Trend-in məlumatına görə, bu barədə "Independent" nəşri BöyükBritaniyanın Xəzinədarlığının İqtisadiyyat katibi Tulip Siddiqəistinadən bildirib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə "Brexit"-ə görəölkə iqtisadiyyatı 4 faiz aşağı düşəcək və idxal və ixrac BöyükBritaniyanın Aİ-də qalması ilə müqayisədə 15 faiz aşağı olacaq.“İndependent” bildirib ki, London maliyyə öhdəlikləri çərçivəsindəAİ-dən çıxdıqdan sonra Brüsselə 23,8 milyard funt sterlinq (30,8milyard dollar) ödəyib və əlavə olaraq 6,4 milyard funt sterlinq(8,3 milyard dollar) ödəməlidir.
Aİ-ni tərk etdikdən sonra ölkənin üzləşdiyi problemləri həlletmək üçün çalışan "Best for Britain" icmasının baş icraçıdirektoru Naomi Smit ölkə hakimiyyətini "rifaha qayıtmaq və"Brexit"dən gələn zərəri azaltmaq" üçün birliklə əlaqələr yaratmağaçağırıb.