AZ

Misir XİN Fələstin ərazilərinin FMİ hakimiyyəti altında birləşməyə çağırıb

Bakı. Trend:

İordan çayının qərb sahili və Qəzza zolağındakı Fələstinəraziləri Fələstin Dövlətinin yaradılmasına hazırlıq üçün vahidbütövün hissələri kimi qəbul edilməlidir.

Trend-in məlumatına görə, bu barədə Misirin xarici işlər naziriBədr Abdel Ati ABŞ dövlət katibi Antoni Blinkenlə telefondanışığında deyib.

"Fələstin milli idarəsinin (FMA) imkanlarını genişləndirməklazımdır və İordan çayının qərb sahili və Qəzza işğalın sonaçatmasına və müstəqil Fələstin dövlətinin qurulmasına hazırlıq üçünvahid Fələstin ərazisinin bir hissəsi hesab edilməlidir", - deyə obildirib.

Misir Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki,ölkəsi “İsrailin Birləşmiş Millətlər Təşkilatının Yaxın ŞərqdəkiFələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA)işinə mane olan tədbirlərini qəti şəkildə qəbul etmir vəpisləyir”.

Seçilən
57
1
az.trend.az

2Mənbələr