AZ

78 milyondan çox amerikalı səs verib

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Florida Dövlət Universitetinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, 42,6 milyondan çox insan şəxsən seçki məntəqələrində olub, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.

ABŞ-da qeydə alınmış seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir.

Seçilən
59
ucnoqta.az

1Mənbələr