QHT.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT-lərin inkişafının əsasən Bakı ilə məhdudlaşdığını bildirib. Onun sözlərinə görə, regionlarda QHT-lərin inkişafını stimullaşdırmaq üçün qrantların sayı və dövlət dəstəyi yetərli deyil. QHT sədri qeyd edib ki, maliyyə dayanıqlığı olmadan bölgələrdə QHT-lərin effektiv fəaliyyəti mümkün deyil və region sakinləri bu sahədə daha çox təşviq olunmalıdır.
Pərvanə Fərhadqızı