AZ

Orduya gedənlər bəxtinə düşən biletə görə əsgərlikdən azad olunur – VİDEO

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 5 720 kilometr uzaqda, Asiyanın cənub-qərbində böyük Budda məbədlərinin, təmtəraqlı kral saraylarının, gözoxşayan çimərliklərin olduğu Tailanddan bəhs olunub.

Bura elə ölkədir ki, səhərlər və axşamlar eyni vaxtda hər yerdə – parklarda, meydanlarda, kino və teatr nümayişindən öncə, stadionlarda və əlbəttə ki, məktəblərdə dövlət himni səslənir. Himni eşidən hər kəs olduğu yerdə durmalı, ayaq saxlamalı, oturubsa, yerindən qalxmalı, hörmət əlaməti olaraq hərəkət etməməlidir.

Ölkədə əsas insan isə Tailandın kralıdır. Əhalisi onu millətin atası, tailandlılar üçün etalon hesab edirlər. Hər bir tailandlı ona hörmətlə yanaşır və haqqında hörmətsiz danışanlar üçün cinayət işi açılır. Amma heç kəs kraldan narazı deyil.

Tailandda kişilər monastırda istədikləri qədər qədər qala bilərlər. Elə olur ki, bir nəfər həyatında bir neçə dəfə monastırda yaşamağa gedir. Bura müəyyən müddətə gələnlər də var, ömürlərini rahiblikdə keçirərək yaşayanlar da. Az müddətə məbəddə zaman keçirənlər ailələri, dünyəvi problemlər və sair haqqında düşünməməli, günlərini məbədi təmizləmək, bir çox işlər görmək və meditasiya etməklə keçirməlidirlər. Ailələri ilə görüşsələr də, həyat yoldaşları ilə səmimi görüşərək qucaqlaşmaq olmaz.

Amma övladlar ataları ilə qucaqlaşa bilərlər. Bütün həyatını rahiblikdə keçirənlər isə heç vaxt evlənmirlər. Orduya getmək məsələsi isə çox maraqlıdır. Burada orduda xidmət etmək üçün bilet çəkmək lazımdır.

Əgər qara bilet çəkilibsə, bir il müddətinə orduda xidmət deməkdir, qırmızı bilet düşübsə, xidmətdən azadsan. Belə maraqlı bir üsulla Tailand ordusu öz əsgərlərini qarşılayır.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
61
medianews.az

1Mənbələr