Altı aydır Rusiyada konsert vermək qərarına gələ bilməyən dünya şöhrətli repçi və iş adamı Kanye Uest növbəti dəfə planlarını dəyişib.
OLAY “Baza” teleqram kanalına istinadən cəbər verir ki, ulduz musiqili gecəsini Moskvada yox Sankt-Peterburqda, “Qazprom Arena”da keçirməyi planlaşdırır.
Bildirilib ki, repçinin Moskvaya yay səfəri zamanı diqqət yetirdiyi məqam Lujniki arenanın musiqiçinin şərtləri ilə üst-üstə gəlməyib. Şimal paytaxtında noyabr şaxtaları olsa da, lakin Qazprom Arenanın damının olması hava ilə bağlı yarana biləcək bütün problemin qarşısını almış olacaq.
Konsert noyabrın ortalarına planlaşdırılıb və biletlər gələn həftədən satışa çıxarılması gözlənilir. Kanyenin artıq geri çəkilmək üçün heç bir səbəbi yoxdur: təşkilatçılar lazımi vəsait tapıblar, məkanla razılığa gəliblər və hətta repçinin nümayəndələrinə avans köçürüblər. Dəqiq məbləğ açıqlanmasa da, lakin bu, 2 milyon dollar civarında olduğu bildirilib.
Kanye konsertə üçün ümumilikdə 5 milyon dollar pul istəyib.