AZ

Qazaxda 50 yaşlı kişi bıçaqlandı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. 

Kənd sakini, 1974-cü il təvəllüdlü Vəli Nuriyev bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
 

O, dərhal əməliyyata götürülüb, ilkin tibbi yardım göstərilib. Xəsarət alan 50 yaşlı kişinin vəziyyətinin orta ağır olduğu bildirilir. 


Qeyri rəsmi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu, 1982-ci il təvəllüdlü Amil Qocayevdir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
15
bizim.media

1Mənbələr