AZ

Türkiyə Sudana humanitar yardımını davam etdirəcək - Bəyanat

Türkiyə

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Sudandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Reyting.az
xəbər verir ki, Türkiyə XİN Sudandakı humanitar vəziyyətdən və Cəzirə əyalətində mülki şəxsləri hədəf alan humanitar hüquqa qarşı hücumlardan dərin narahatdır.

Bəyanatda sülh və sabitliyin bərqərar olmasının vacibliyi vurğulanıb:

“Ölkədəki humanitar vəziyyətdən və Cəzirədə mülki əhalini hədəf alan humanitar qanuna qarşı hücumlardan dərin narahat olduğumuz, ən qısa zamanda atəşkəs, sülh və əmin-amanlıq mühitinin bərqərar olmasının vacibliyini müdafiə edirik”.

Sənəddə məcburi köçkünlərin öz evlərinə qayıtması və humanitar yardım fəaliyyətlərinin fasiləsiz həyata keçirilməsi üçün təxirə salınmadan tədbirlərin görülməsinə çağırış da var: “Sudanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və birliyini ən güclü şəkildə dəstəkləyirik. Sudan xalqının əzablarını yüngülləşdirmək üçün lazım olan humanitar yardımımızı davam etdirəcəyik”.

E. KAMAL
Seçilən
38
reyting.az

1Mənbələr