Azərbaycan hakimiyyətinin təməlində rüşvətsiz çox ciddi və ədalətli bir sistem qurulub. Azərbaycanda 1 ədəd kibrit çöpünü belə rüşvət hesabına yerindən tərpətmək (əgər tərpənişi qeyri-qanunidirsə) mümkün deyil, o ki, qaldı hansısa işi, hadisəni rüşvətlə istiqamətləndirmək. Azərbaycan hüquqi dövlətdi, dünyada bir çox yerlədə, dünyanın gözü olan, mərkəzi sayılan Amerika kim ölkələrdə ədalət arası-sıra axsısada, Azərbaycan hakimiyyəti ədaləti daimi qorumaqda prinsipal mövqe tutub. İndi kimsə kiməsə şirinlik üçün 5-3 manat verirsə burada alanın 1 marağı olanda, verənin 5 marağı ola bilir, rüşvət alanı da rüşvətə təşviq edən, verən var. Rüşvət məsələsini şişirdərək gündəmdə saxlayan qüvvələrin isə əslində hakimiyyətlə, rüşvət verənlə, rüşvət alanla heç bir işləri yoxdur, onlar sadəcə özlərinə rüşvət ala biləcəkləri bir iş arzulayırlar, buna nail ola bilmədikdə iftiralara əl atırlar. Azərbaycan xalqı yeməyə çörək tapmırdı, büdcəsi sıfır idi, Heydər Əliyev belə bir ölkədə hakimiyyətə gəldi. Aclıqla üz-üzə qalan bir xalqı, çörək tapmayan bir xalqı yalnız ədalətli bir xilaskar düşündürürdü. Ölkədə rüşvət vermək, yaxud almaq hünəri təbiət tərəfindən insanlardan alınmışdı, istəsəydilərdə bunu edə bilməzdilər, insanlar artıq kütləvi şəkildə aclıqdan ölüm təhlükəsini çox yaxın gələcək üçün hiss edirdi. Rüşvət alış-verişi həm də bir növ şadlığına şitlik olan zaman baş verir, qida problemi olan adam cinayətmi törədər, sonra rüşvətlə örtər? Onun cinayəti ən pis halda çörək oğurluğu ola bilər, yaxud vəzifə üçünmü rüşvət verər qarnına yemək tapa bilməyən? Hansı vəzifədə oturar, maaşı hardan gələr büdcə sıfırdı, çörək tapmayan xalqa necə xidmət edər? Ölkənin başında hələ oğrular dayanan, başda xilaskar olmayan zaman. Elmi araşdırmalar sübuta yetirib ki, insanda mədə boş olanda, insan ac olanda beyni yaxşı çalışır, milləti ac saxlayan qüvvələr bilmədilər bunu, xalq yanlış seçimlərindən sonra, nəhayət doğru seçim edə bildi, təbii ki, bu Tanrının izniylə baş tutdu, Tanrı belə istədi və oldu, xalqı əvvəl bir müddət ac saxladı, çörəklə imtahan elədi və ona doğru seçim elətdirdi. Buradan eyni zamanda açıq görünür ki, Heydər Əliyev şəffaf şərtlər altında hakimiyyət qurdu xalqı xilas etdi. İndi kimsə kiməsə hardasa şirinlik adı altınsa 5-3 manat verirsə hakimiyyət onları güdməlidirmi? Bəs demokratiya? Bəs alan razı, satan razı prinsipi? Kimsə kimdənsə xoş münasibət görür, yaxud görmək istəyir pulu da var, 5 manat salır cibinə, "ölkədə rüşvət var" deyən qüvvələr bu məqamları nəzərdə tuturlar, bunlar isə rüşvət sayılacaq məqamlar deyil. Bəlkə şadlıq evlərində, çayxanalarda ofsiyantlara verilən çayavoylara da nəzarət olsun, rüşvət donu geyindirilsin? Xalq biri-birini dolandırırsa bunun nəyi pisdir? Rüşvət tamam ayrı şeydir, o da əsil demokratik yol gedən, təməli sağlam olan, pak niyyətli insan tərəfindən qoyulan Azərbaycanda yoxdur. Bucür iftiralar tirajlayan insanların öz niyyətləri batildir, əqidələri xarabdır, dünya malına həris şəxslərdilər deyə diqqətləri belə şeylərə yönəlir. Heydər Əliyev təmanna güdmədən, xalqın çağırışə ilə, xalqa ürəyi acıdığına görə bilik və bacarıqlarını xalq uğrunda xərcləmək üçün 2-ci dəfə 70 yaşında ölkə başçısı olmağa razılıq verdi, bu razılığın içində yalnız bir məqsəd gizlənirdi, xalqa qarşı olan ürək yanğısı, bunu görməmək isə nankorluq, insafsızlıqdır, Azərbaycan xalqı bunu görür, cüzi anti-milli qüvvələr görmür. Onların səs salması çoxdurlar anlamına gəlməsin. Bir alimə sual verirlər, niyə ateislər ancaq ixtiralar edirlər, alim adı alırlar, dünyada onlar çoxdurlar, alim cavab verdi, Allahın varlığına əmin olanlar onlardan qat-qat çoxdurlar və alim adı qazanıb ixtiralar da edirlər, sadəcə ateistlər çox səs-küy salırlar deyə sıravi insanlar onların çox olduğunu zənn edir, Allaha inanlar isə səssizdirlər. Ulu öndər Heydər Əliyev siyasətini qəlbən dəstəkləyənlər Azərbaycan xalqının ən az 99 faizini təşkil edir.
Mircalal Mehdiyev