“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Bodo-Qlimt” Norveç çempionatında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda səfərdə “Molde” ilə üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Bu xal itkisindən sonra da “Bodo Qlimt” liderliyini qorusa da, “Brann”ı yalnız əlavə göstəricilərdə qabaqlayır. Hər iki komanda 27 oyunda 55 xal toplayıb.
Qeyd edək ki, “Qarabağ” Norveç klubu ilə noyabrın 7-də səfərdə qarşılaşacaq.