AZ

Türkiyənin Mardin şəhərində 10 günlük qadağa tətbiq ediləcək

Bakı, TurkicWorld

Türkiyənin Mardin şəhər Bələdiyyəsi 4 noyabrdan etibarən 10 gün müddətinə şəhər daxilində açıq sahələrdə toplanmaq, yürüşlər və mətbuat açıqlamaları kimi tədbirlərin qadağan edildiyini elan edib.

TurkicWorld xəbər verir ki, Bələdiyyədən verilən açıqlamada "Milli təhlükəsizlik, ictimai asayişin təmin edilməsi, Konstitusiyamızda və qanunlarda nəzərdə tutulan məhdudlaşdırma və qadağan etmə şərtlərini birbaşa və açıq şəkildə yaratdığı dəyərləndirilən hərəkətlər və hücum hadisələrinin qarşısını almaq, terror hərəkətlərinin və cinayətlərin qarşısının alınması, başqalarının hüquq və azadlıqlarının qorunması, meydana gələ biləcək mümkün təxribatların və baş verə biləcək ictimai hadisələrin qarşısının alınması məqsədilə açıq sahələrdə keçirilməsi planlaşdırılan toplanmalar, hər cür açıq hava toplantıları və qapalı məkan toplantıları, mitinqlər, yürüşlər, mətbuat açıqlamaları, aclıq aksiyaları və digər aksiyalar, çadır qurulması, dron çəkilişləri, sorğu keçirilməsi, bildiriş/broşür paylanması, afişa asılması və s. kimi bütün növ hərəkətlər, 2911nömrəli Qanununun 17 və 19-cu maddələri və 5442 saylı şəhər İdarəsi Qanununun 11-ci maddəsi üzrə, bələdiyyə və rayon idarələrinin məqbul hesab edəcəyi tədbirlər istisna olmaqla, Mardin vilayəti sərhədləri daxilində (şəhər mərkəzi, rayonlar, Polis və Jandarma məsuliyyət bölgələrinin hamısı) 04.11.2024 Bazar ertəsi günü saat 07:00-dan 14.11.2024 Cümə axşamı günü saat 07:00-a qədər 10 (on) gün müddətinə qadağan edilmişdir" deyə qeyd edilib.

Seçilən
19
turkic.world

1Mənbələr