“Real” “Qızıl top” mərasiminin təşkilatçıları ilə, xüsusən “France Football” jurnalı ilə bütün münasibətlərini kəsib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Bunun səbəbi, İspaniya nəhənginin “Real”ın fikrincə, “qaymaqlılar”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Juniorun ən nüfuzlu fərdi futbol mükafatından məhrum edilməsi olub.
Vurğulanır ki, “kral klubu” oyunların təşkili ilə bağlı suallar istisna olmaqla, UEFA ilə hər hansı əlaqəni istisna edib. İspaniya nəhəngi hesab edir ki, indi Vinisiusun nə vaxtsa “Qızıl top”a layiq görülməsi ehtimalı azdır. Braziliyalı futbolçunun özü isə bu mükafatı qazanmaq üçün başqa nə etməli olduğunu başa düşmür.
Xatırladaq ki, “Qızıl top”a əsas namizəd göstərilmiş “Vini”nin, təqdimat mərasiminə bir neçə saat qalmış məlumat sızıntısı nəticəsində ən nüfuzlu mükafatı almayacağı məlum olub.
Təşkilatçılar “Qızıl top”u İspaniya yığmasının və “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodriyə təqdim ediblər. Braziliyalı futbolçu isə ikinci olub. Vinisius başda olmaqla, “Real”ın nümayəndə heyəti isə mərasimə qatılmayıb.
Bu gözlənilməz hadisə futbol icitmaiyyətini iki cəbhəyə ayırıb. Böyük çoxluq təşkil edən bir qisim, Rodrinin fərdi baxımdan heç nə ilə yadda qalmadığını, mükafata, keçirdiyi uğurlu mövsüm mənzərəsində fərdi oyun keyfiyyətli ilə seçilmiş Vinisius Juniorun layiq olduğunu düşündüyü halda, digər bir az qisim isə ispan futbolçunun qalibiyyəti ilə razılaşır.