AZ

“Tehranın İsrailə hücumu keçən dəfəkindən daha sərt olacaq” - İran rəsmisi

İran İsrailə qarşı hücuma hazırlaşır və bu dəfə Tehran daha güclü silahlardan istifadə etməyi planlaşdırır.

Missiya.Az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan İran rəsmisi məlumat verib.

O, bildirib ki, İran əməliyyatın bir hissəsi üçün İraq ərazisindən istifadə edə bilər və çox güman ki, İsrailin hərbi obyektlərini keçən dəfəkindən daha aqressiv şəkildə hədəfə alacaq.

Onun sözlərinə görə, İran əvvəlki iki hücumda olduğu kimi, raket və pilotsuz təyyarələrlə cavab tədbirlərini məhdudlaşdırmağı planlaşdırmır. 

O, qeyd edib ki, istifadə edilən istənilən raketlər daha güclü döyüş başlıqlarına malik olacaq. 

“İran öz hücumu ilə ABŞ-də keçiriləcək prezident seçkilərinə təsir etmək istəmir, ona görə də cavab noyabrın 5-də keçirilən səsvermədən sonra, lakin yanvarda yeni prezidentin andiçmə mərasimindən əvvəl baş tutacaq”, - deyə o vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
94
11
missiya.az

10Mənbələr