AZ

Namiq həmkarı Xəyyam üçün yardım istəyir

Meyxanaçı Namiq Qaraçuxurlu hazırda xəstəxanada müalicə olunan Xəyyam Əhmədlinin ziyarətinə gedib. 

OLAY yazır ki, sənətçi hazırda səhhəti ağır olan söz xiridarı üçün yardım istəyib. 

“İnşallah, hər şey yaxşı olar, qardaş”, - deyə Namiq paylaşımına şərh yazıb.

Qaraçuxurlu sözügedən paylaşımına yardım üçün həmkarının kart hesab nömrəsini də əlavə edib.

Qeyd edək ki, Xəyyam uzun müddətdir ki, ürəyində problem yaranıb. Bu səbəbdən onun bədəninə su yığılıb. Sağalması üçün meyxanaçıya qiyməti 130 min dollar olan aparatı lazımdır. Xəyyam, 2018-ci ildə ürəyindən anju olunub. 

 

Seçilən
37
olay.az

1Mənbələr