AZ

OPEC+ 2025-ci ildə neft hasilatını artırmağa hazırlaşır

Fins.az - OPEC+ təşkilatı neft bazarına təsirini artırmaq məqsədilə 2025-ci ildə neft hasilatını yüksəltməyi planlaşdırır. Bu barədə Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov məlumat verib.

Yuşkovun sözlərinə görə, neft hasilatının artırılması ilə bağlı qərar 2025-ci ilin birinci və ya ikinci rübündə qəbul edilə bilər. Lakin əsas şərt olaraq, neftin qiymətinin stabil şəkildə bir barel üçün 80 ABŞ dollarından yüksək səviyyədə qalması gözlənilir. Bu vəziyyətdə, OPEC+ ölkələri neft bazarının tələbatını qarşılamaq üçün hasilat kvotalarında dəyişikliklərə gedə bilər.

OPEC+ üzv dövlətləri üçün kvotaların müəyyən edilməsi neft hasilatının dünya bazarına nizamlanmış şəkildə çıxarılmasını təmin edir. Bu il üçün təşkilata üzv ölkələr üçün ümumi maksimal hasilat səviyyəsi gündə təxminən 39,425 milyon barel olaraq müəyyənləşdirilib. Bu rəqəmə kvota məhdudiyyətlərindən azad olan İran, Venesuela və Liviya daxil deyil.

Enerji bazarındakı mövcud vəziyyəti nəzərə alaraq, OPEC+ gələcəkdə də hasilat və qiymət balansını təmin etmək üçün strateji addımlar atmağa davam edəcək.

Seçilən
16
fins.az

1Mənbələr