AZ

Volkswagen xərclərini azaltmağa hazırlaşır

Fins.az - Almaniyanın avtomobil nəhəngi Volkswagen, qarşılaşdığı ciddi iqtisadi çətinlikləri aradan qaldırmaq üçün ölkədəki xərclərini azaltmaq qərarına gəlib.

Şirkətin baş direktoru Oliver Blume-nin açıqlamasına görə, Volkswagen işçi qüvvəsi və istehsal xərclərini yenidən nəzərdən keçirməlidir, çünki Almaniyadakı xərclər şirkətin digər Avropa filialları ilə müqayisədə daha yüksəkdir.

Blume bildirib ki, Avropada avtomobillərə olan tələbatın zəifləməsi və Çindən əldə edilən gəlirlərin azalması şirkətin vəziyyətini çətinləşdirir. Bu səbəbdən Volkswagen uzunmüddətli rəqabət qabiliyyətini qorumaq məqsədilə struktur dəyişikliyinə getməyi planlaşdırır.

Bununla əlaqədar olaraq, Volkswagen Almaniyada üç zavodunu bağlamağı və minlərlə iş yerini ixtisar etməyi nəzərdə tutur. Şirkət bu tədbirlərin uzunmüddətli dövrdə onun bazarda mövqeyini gücləndirəcəyinə inanır.

Seçilən
36
fins.az

1Mənbələr