ABŞ-da prezident seçkilərində 78 milyondan çox amerikalı erkən səs verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Florida Dövlət Universiteti məlumat yayıb.
Bildirilir ki, 42,6 milyon nəfər şəxsən seçki məntəqələrində olub, 35,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. ABŞ-da təxminən 168 milyon qeydə alınmış seçici var.
Erkən səsvermə aktivliyi ən yüksək Texas (8,9 milyon nəfər erkən səs verib), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) olub. Ümumi seçkilər çərşənbə axşamı, noyabrın 5-də keçiriləcək.
Qeyd edək ki, əvvəllər ABŞ-da Donald Trampın qalib gələcəyi təqdirdə “dəhşətli bir şey” olacağını proqnozlaşdırmışdılar. Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin sözlərinə görə, Trampın qəfil ölümü halında ölkəyə J.D.Vens rəhbərlik edəcək.