AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Ötən həftənin cümə günü ABŞ-da Qeyri-kənd TəsərrüfatıSektorunda Yeni Yaranan İş Yerlərinin Sayının (NFP) kəskinazalmasına baxmayaraq dollar öz güclü mövqelərini qoruyub saxlayabilib.

Qeyd edək ki, ABŞ-da “NFP” 12 min olub. Bu barədəölkənin Əmək Nazirliyinin açıqlamasında məlumat verilib.

Bu, 2020-ci ilin dekabr ayından bəri ən kiçikartımdır. Göstəricilərin zəif açıqlanması “Helen” və “Milton”qasırğaları, həmçinin, Kaliforniya və Havaidə otel işçilərinin və“Boeing Co.” əməkdaşlarının tətili ilə əlaqələndirilir.

Ötən ay ölkədə işsizlik 4.1% səviyyəsində qalıb.

Analitiklər iş yerlərinin sayının 106 min artacağınıvə işsizliyin eyni səviyyədə qalacağını proqnozlaşdırmışdılar.

Dolların öz mövqelərini qoruya bilməsində 31 oktyabrdaAmerikada dərc olunmuş inflasiya göstəriciləri təsirli olub.

ABŞ-ın Ticarət Nazirliyinin məlumatına əsasən, 2024-cüilin avqust ayı ilə müqayisədə sentyabr ayında ölkə əhalisiningəlirləri 0.3%, xərcləri isə 0.5% artıb.

Ekspertlərin proqnozu gəlirlərin 0.3%, xərclərin isə0.4% artmasını nəzərdə tuturdu.

Şəxsi İstehlak Xərcləri İndeksi (PCE indeksi)analitiklərin proqnozlarına uyğun olaraq avqust ayı ilə müqayisədəsentyabr ayında 0.2% artıb. İllik ifadədə göstərici 2021-ci ilinfevral ayından bəri ən aşağı səviyyəyə (2.1%) qədər yavaşlayıb.

Həmçinin, ərzaq və enerji resurslarının xərclərininəzərə almayan PCE Core indeksi sentyabr ayında aylıq ifadədə 0.3%,illik ifadədə isə 2.7% olmaqla beş ayın ən yüksək səviyyəsinəyüksəlib. Ekspertlər göstəricilərin müvafiq olaraq 0.3% və 2.6%artacağını proqnozlaşdırmışdılar.

Cari həftə ərzində isə Amerikada noyabrın 5-ikeçiriləcək Prezident seçkilərinin nəticələri və noyabrın 7-siFED-in baş tutacaq toplantısı sonrası veriləcək faiz qərarıbirjalarda aqressiv dalğalanmalara səbəb ola bilər.

Qlobal bazarlarda müxtəlif aktivlərə sərmayə qoyaninvestorlar diqqəti ABŞ seçkilərinə yönəldiblər.

Əmtəə bazarları da, xüsusilə, Donald Trampssenarisində baş verə biləcək yeni dövr üçün qiymətləri yenidənnəzərdən keçirir.

ABŞ-da seçkilərin son mərhələyə çatdığı bir vaxtdabazar iştirakçıları qiymətlərlə bağlı son mövqelərini ortayaqoyurlar. Bazar iştirakçıları öz qiymətlərində keçmiş məlumatlarıdiqqətlə araşdırırlar.

FED rəsmilərinin cümə axşamı Federal Açıq BazarKomitəsinin iclasında inflyasiyanın 2% hədəfinə doğru irəliləməyədavam etdiyi üçün, faiz dərəcələrini 0.25% azaltması ehtimalolunur.

“FOMC”-un sentyabr ayında keçirilən iclasında faizdərəcəsi 50 baza bəndi azaldılıb.

Rəsmilər son üç ildə yüksək inflyasiya faizdərəcələrinin dramatik şəkildə artmasına səbəb olduqdan sonra, faizdərəcələrinin dəqiq harada qərarlaşacağını anlamağa çalışırlar.

Federal Ehtiyyatlar Sisteminin cümə axşamı günü ikigünlük iclasını bitirdiyi zaman prezidentlik yarışı hələ də həllolunmamış ola bilər. Lakin, bu qeyri-müəyyənlik FED-in faizdərəcəsini daha da azaltmaq qərarına təsir etməyəcək. Amma, yanvarayında yeni prezident və Konqres vəzifəyə başladıqdan sonra,xüsusən də, Donald Tramp Ağ Ev uğrunda mübarizədə yenidən qalibgələrsə, FED-in növbəti qərarları daha qeyri-müəyyən olacaq.

Bu həftə, həmçinin, İngiltərə və Avstraliya MərkəziBanklarının faiz qərarları investorların diqqət mərkəzində olacaq.Bundan başqa, həftə ərzində Amerikada, Avrozonada, Almaniyada vəİngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və KompozitBiznes Aktivliyi İndeksi göstəriciləri də dərc olunacaq.

EUR

Ötən həftənin cümə axşamı günü “Eurostat”-ın verdiyiməlumata əsasən, oktyabr ayında Avrozonada istehlak qiymətləriillik müqayisədə 2%, ərzaq və enerji xərcləri nəzərə alınmadanhesablanan istehlak qiymətləri (CPI Core index) isə 2.7% artıb.Aylıq ifadədə Avrozonada İstehlak Qiymətləri İndeksi oktyabr ayında0.3% səviyyəsində dərc olunub. Nəticədə, həftəyə artımla başlayanEURUSD məzənnəsi 1.09$ həddini test etdikdən sonra, yenidənucuzlaşdı və həftəni 1.0830 səviyyəsində tamamladı.

Cari həftə ərzində Almaniyada və Avrozonada dərcolunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və KompozitBiznes Aktivliyi İndeksi göstəriciləri EURUSD məzənnəsindətendensiyanın gedişinə ciddi təsir edə bilər.

Yeni həftəyə “gap”-lə 1.0876 səviyyəsində başlayanEURUSD məzənnəsində “ayılar” qiyməti 1.09$-ın altında qoruyubsaxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.

Lakin, ABŞ-da keçiriləcək prezident seçkiləri vəFED-in fazi qərarı fonunda mümkün əks ssenaridə isə, 1.09$səviyyəsi psixoloji müqavimət həddi kimi çıxış edir.

GBP

Keçən həftəyə 1.2970 səviyyəsində başlayan GBPUSDməzənnəsi həftə ərzində 1.3040 həddinə qədər bahalaşsa da, həftəninson ticarət günündə yenidən ucuzlaşdı və həftəlik şamını 1.2910səviyyəsində tamamladı.

GBPUSD məzənnəsi də cari həftəyə “gap”-la başladı.Açılışı 1.2965 həddindən reallaşan məzənnədə “ayılar” qiyməti 1.30$həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskinxarakter ala bilər.

OİLUK

Ötən həftə Yaxın Şərqdəki geopolitik risklər vəhasilatla bağlı mənzərə səbəbiylə bahalaşan neft qiymətlərinin carihəftə ərzində necə dəyişəcəyi də investorları düşündürən əsasməqamlardan biridir. Çünki, riskli aktivlər və valyuta bazarlarıilə yanaşı, əmtəə bazarları da ABŞ-da prezident seçkilərininnəticələrinə fokuslanıb.

Digər yandan isə, treyderlər Yaxın Şərqdə baş verənproseslərə qarşı da həssaslıqlarını saxlayırlar.

Ötən həftəyə 73.10$ səviyyəsində başlayan “Brent”nefti (OİLUK) həftə ərzində mövcud geosiyasi və iqtisadi risklərfonunda 75.30$ həddinə kimi bahalaşsa da, burada müqavimətləüzləşdi və bir qədər ucuzlaşaraq həftəlik şamını 73.30$ həddindəbağladı.

Cari həftəyə 74.70$-dan “gap”-la başlayan OİLUK-dəqiymət 75$-ın üzərində möhkəmlənərsə, artım tendensiyası davam edəbilər.

XAUUSD

Qızıl ötən həftə qarşıdan gələn ABŞ seçkiləri və YaxınŞərqdəki münaqişələrdən qaynaqlanan təhlükəsiz sığınacaq tələbi ilə2790$-kimi bahalaşaraq növbəti dəfə rekord hədlərini yeniləsə də,həftənin son ticarət günündə ucuzlaşdı və həflətik şamını 2736$həddində bağladı.

FED-in qarşıdakı aylarda faiz dərəcələrini aşağısalmaq üçün daha mərhələli addım atacağına dair gözləntilər vəmöhkəmlənən dollar qızılın artım tendensiyasını dayandıra bilmədi.ABŞ-da gərgin keçməsi gözlənilən seçkilərdə son mərhələdir vəRespublikaçı namizəd Donald Tramp qlobal ticarəti pozacaq kütləvivergi tarifləri vəd edir.

Artım tendensiyasını ardıcıl 4-cü həftə davam etdirənqiymətli metalın qarşısında duran əsas müqavimət hədləri kimi,2800$ və 2850$ səviyyələri çıxış edir. 2715$ - 2.685$ diapazonu isədəstək zonası kimi yaxından izlənilə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az veb saytıvasitəsilə bizə ünvanlaya bilərsiniz.

Seçilən
37
10
az.trend.az

10Mənbələr