AZ

Harris erkən səs verdi


Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris ölkədə keçiriləcək ümumi seçkilərdə erkən səs verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vitse-prezident Miçiqan ştatında jurnalistlərlə söhbətində bildirib.
“Mən indicə poçtla göndərilən seçki bülletenimi doldurdum”, - Harris qeyd edib.
Yayım Amerikanın xəbər telekanalları tərəfindən həyata keçirilib.
“Mənim bülletenim artıq Kaliforniyaya gedir. Mən sistemə etibar edirəm. İnanıram ki, o, oraya çatacaq", - siyasətçi əlavə edib.
Harris həmçinin, qarşıdan gələn prezident seçkilərinin gərgin keçəcəyini bildirib. Prezidentliyə namizəd amerikalıları seçkidə öz mçvqelərini ifadə etməyə çağırıb və onların səslərinin həlledici əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Seçilən
68
3
yeniavaz.com

10Mənbələr